25 Avqust 2019 16:59
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin bir neçə qırıcı təyyarəsi livanın paytaxtı və cənub şəhərləri üzrəində uçuş həyata keçirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə "RİA Novosti"yə Beyrut şəhərinin hava limanının nümayəndəsi deyib.

Nümayəndə bildirib: "Biz onları Beyrut və cənubi Livan üzərində uçarkən gördük. Bir sıra manevr həyata keçirdikdən sonra onlar Livanın hava məkanını tərk etdilər".

Xatırladaq ki, ötən gün Livanın "Hizbullah" hərəkatı Beyrut yaxınlığında İsrailə məxsus pilotsuz uçuş aparatını vurub.


Müəllif: Teleqraf.com