26 Avqust 2019 01:15
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi Məhəmməd Cavad Zərifin G7 sammitinə səfərini təsdiqləyib.

Musəvi Zərifin sammitə Fransa XİN rəhbərinin dəvətilə qatıldığını bildirib. O, Zərifin Fransada ABŞ nümayəndələri ilə görüş keçirməyəcəyini deyib.

Qeyd edək ki, cümə günü Parisə səfər edən Məhəmməd Cavad Zərif fransız həmkarı Jan-İv Lö Drian və Fransa Prezidenti Emmanuel Makronla görüşmüşdü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər