26 Avqust 2019 15:02
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ şirkətləri ilə rəqabətdə olan Çin texnoloji şirkəti “Baidu” ilin ikinci rübündə satışları illik müqayisədə dəfələrlə artıraraq qlobal ağıllı dinamiklər bazarında ikinci yerə çıxıb.

Teleqraf.com xəbər verir ki, bazar araşdırması şirkəti “Canalys” tərəfindən nəşr olunan hesabata görə, ABŞ istehsalçısı Amazondan sonra ilin ikinci rübündə 4,5 milyon ədəd satışa sahib olan “Baidu” qlobal ağıllı dinamik bazarında ikinci ən böyük satış şirkəti olub.

Bazara yeni çıxarılan “Xiaodu” modelinin satışlarını həyata keçirən “Baidu” əvvəlki ilin eyni dövrünə görə yüzdə 3 min 700 ədəd çox məhsul sataraq ABŞ-ın iddialı texnologiya nəhəngi olan “Google Home”şirkətini geridə qoymağı bacarıb.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər