Bəşər Əsəd rejiminin Rusiyanın dəstəyi ilə Xan Şeyhunu ələ keçirməsi əldə edilən heç bir razılaşmanı pozmur.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.
Əsədin İdlibdə Xan Şeyhun məntəqəsini Rusiyanın dəstəyi ilə ələ keçirdiyini bildirən Lavrov “Suriya Silahlı Qüvvələri bizim dəstəyimizlə heç bir anlaşmanı pozmur. Bunu Rusiya Prezidenti Vladimir Putin də bir neçə dəfə deyib” fikirlərini işlədib.
Ötən ilin sentyabr ayında Soçidə İdlibdə gərginliyin azaldılması və atəşkəsin əldə olunmasına yönəlik razılaşma əldə olunduğunu xatırladan Lavrov əlavə edib ki, terrorçuların Suriya ordusuna, mülki insanlara və Hmeymin hava bazasına hücumlar təşkil edərkən, İdlib bölgəsində təxribatları artdığını görüncə Rusiya Türkiyə ilə İdlib Təhlükəsizlik Bölgəsi çərçivəsində silahsızlaşdırma xətti qurulması məsələsində anlaşıb: “Bu xəttin işləməsi üçün Türkiyədən olan həmkarlarımızla bir necə müşahidə nöqtəsi yaratdıq”.
Rusiya və Türkiyənin İdlibdə birgə fəaliyyətinin təşkilinin indilikdə baş tutmadığını bildirən Lavrov deyib ki, onlar İdlibdə birgə fəaliyyətin qurulmasını təklif ediblər: “İndilikdə bunu etmək mümkün olmadı. Amma alınan bütün tədbirlərə rəğmən, İdlib bölgəsində türk müşahidə nöqtələri üzərindən hücumlar davam etdi, hətta çoxaldı. Suriya ordusu və Rusiya hava bazasının yerləşdiyi yerə də hücumlar olundu. Heç kim kimləsə terrorçuların hücumlarına cavab verilməyəcəyi məsələsində anlaşmadı. Xan Şeyhunda terrorçu ocağının Suriya ordusu tərəfindən yox edilməsi qanuni formada həyata keçirildi”.