26 Avqust 2019 19:32
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qaziantep şəhərində qadın doğum etdikdən sonra əri tərəfindən bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, Doktor Ərsin Arslan Təhsil və Araşdırma Xəstəxanasında Güldanə Y. doğum etdikdən sonra həyat yoldaşı Əhməd Y. tərəfindən bıçaqlanıb.

Dərhal əməliyyata götürülən qadın gözlərini açar-açmaz körpəsini soruşub.

Güldanə Y. Ümid adlı oğlunu qucağına alaraq öpüb. Ana körpəsinin onun həyatında ümid olduğunu bildirib.

Güldanə Y. 6 ay ayrı yaşadığı həyat yoldaşının ən ağır şəkildə cəzalandırılmasını istəyib.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər