26 Avqust 2019 19:23
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hündürlüyü 0,8 metr və çəkisi 15 kq olan robotlar smartfona quraşdırılmış proqram və ya sensor ekranın köməyi ilə idarə edilir.

Teleqraf.com xəbər verir ki, robotlar yaşlı insanlarla söhbət edə, dərmanlar qəbul etməyi xatırlada, konsultasiyalar keçirə və ev işlərində kömək edə bilərlər.

Robotlar telefondan istifadə edən bir çox yaşlı insanların üzləşdiyi problemləri aradan qaldırmaqla “Skype” vasitəsilə ünsiyyəti də asanlaşdıra bilərlər. Robotlar, həmçinin otaq temperaturunu və işıqlanma dərəcəsini tənzimləyə bilərlər.

Stivi, Paro və Pillo adlı robotlar yaşlı insanlara dərmanları vaxtlı-vaxtında qəbul etməyi xatırlada bilərlər.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər