26 Avqust 2019 23:26
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail pilotsuz təyyarələrinin hücumları müharibə elanı kimi qiymətləndirilə bilər.

Bunu BMT Baş katibinin xüsusi nümayəndəsi Yan Kubişlə görüşdə Livan prezidenti Mişel Aun bildirib.

“Livan Beyrutun cənub şəhərətrafına İsrail təcavüzünə cavab olaraq BMT Təhlükəsizlik Şurasına şikayət göndərdi. Özünümüdafiə hüququnu özümüzdə saxlayırıq, çünki, müharibə elanı olaraq baş verənlər suverenliyimizi və müstəqilliyimizi qorumaq hüququ verir”, - dövlət başçısının mətbuat xidmətinin xəbərində deyilir.

Prezident həmçinin vurğulayıb ki, İsrailin hərəkətləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozur.

Xatırladaq ki, bazar günü gecəsi İsrailin pilotsuz təyyarələri Beyrutun cənub şəhərətrafısında “Hizbullah” təşkilatının mövqelərinə hücüm edib. Bir dron qəzaya düşüb və təşkilat üzvlərinin əlinə keçib, ikinci dron isə partlayıb.

Hadisə İsrail hərbçilərinin Suriya paytaxtı Dəməşqin yaxınlığında aviazərbələrdən bir neçə saat sonra baş verib. İsraildən verilən açıqlamaya görə, aviazərbələrdə İran obyektləri vurulub.

Bazar ertəsi gecəsi Livan KİV-i bildirib ki, İsrailin pilotsuz təyyarələri Livanda Suriya sərhədinin yaxınlığında Fələstinin Azadlığı üçün Xalq Cəbhəsinin mövqelərinə zərbələr endirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər