27 Avqust 2019 20:37
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş maliyyə naziri Qagik Xaçaturyan saxlanılıb.

Axar.az xəbər verir ki, sabiq nazirin Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı deyilir.

Ona qarşı “dövlət əmlakının mənimsənilməsi”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Q.Xaçaturyan Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın sadiq adamlarından biridir.

O, 2008-2016-cı illərdə Ermənistanın gömrük və vergi qurumlarına və maliyyə nazirliyi nəzarət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər