Viktor Yanukoviçin prezidentliyi dövründə Ukraynanın Səhiyyə Nazirliyinə rəhbərlik etmiş Raisa Boqatıryeva Kiyevin Julyanı hava limanında saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilir ki, Boqatıryeva Minskdən gəlirmiş.
Sabiq nazir xüsusi iri həcmdə büdcə vəsaitləri ilə bağlı dələduzluqda şübhəli bilinir. Onun 5 ilə yaxındır ki, Ukraynada olmadığı bildirilir.