13 Sentyabr 2014 10:39
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko sentyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının (BMT) baş assambleyasının 69-cu sessiyasında çıxış edəcək.

bu barədə BMT-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Assambleyanın 69-cu sessiyasının açılış mərasimi sentyabrın 16-da, illik müzakirələr isə sentyabrın 24-dən oktyabrın 1-dək keçiriləcək.

Verilən məlumatlara görə, ilkin siyahıya əsasən, sentyabrın 25-də günün birinci yarısında İran, Slovakiya, Ukrayna, Misir, Xorvatiya, İsveç və İtaliya prezidentlərinin çıxışları nəzərdə tutulub.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər