28 Avqust 2019 12:50
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Kosmik Agentliyi (NASA) 2024-cü ildə Ayın cənub qütbünün yaxınlığına biri qadın olmaqla iki astronavt göndərmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə agentlik rəhbəri Cim Braydenstayn bildirib.

Onun sözlərinə görə, gələcəkdə qadınlar kosmosun mənimsənilməsində əsas rol oynayacaqlar. O, həmçinin Marsa göndəriləcək ilk kosmonavtın qadın olacağını da istisna etməyib:

“Biz bu məqsədə yaxınıq, çünki növbəti ilin martında tarixdə ilk dəfə qadın astronavtlar qrupu açıq kosmosa çıxacaq”.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər