Ukrayna ilə Avropa İttifaqı (Aİ) arasında imzalanmış tərəfdaşlıq sazişinin həyata keçirilməsi 2015 sonuna təxirə salınıb.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin ticarət komissarı Karel De Gucht, Rusiya iqtisadiyyat naziri Aleksey Ulyukayev və Ukrayna xarici işlər naziri Pavlo Klimkin Brüsseldə keçirdikləri görüşdə razılığa gəliblər. Beləliklə Rusiya Ukrayna-Aİ arasında imzalanan müqavilənin zərərlərini minimuma endirmək üçün 15 aylıq bir müddət qazanmış olub.
Mətbuata açıqlama verən Ulyukayev deyib ki, açıqlanan təkliflərin müzakirəyə ehtiyacı var: “Bizim narahatlığımızı məsələlərin həllini tapmaq üçün müzakirələrimizi davam etdirəcəyik. Qarşıdakı 15 aylıq dövrdə dialoqumuzu davam etdirmək qərarına gəldik. Tərəflər təkliflərimizi qiymətləndirmək üçün zamana ehtiyac olduğunu deyib”.
Xatırladaq ki, Rusiya Ukraynanın imzaladığı müqaviləyə görə avropalı məhsulların Ukrayna üzərindən daha aşağı gömrük vergisi ilə ölkəyə daxil olmasından narahatlığını bildirib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.