Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki 10 saylı hərbi müşahidə postuna havadan hücum edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haberturk” kanalı məlumat yayıb.
Xəbərdə itki olmadığı, Suriya ordusunun müşahidə postundan 500 metr aralıdakı əraziləri vurduğu bildirilir.