29 Avqust 2019 09:01
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz terror qruplarının sonuna çıxanacan mübarizəni davam etdirəcəyik".

Teleqraf.com xəbər verir ki, bu sözləri Moskvadan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, İŞİD, PYD-YPG, HPS də daxil bütün terror təşkilatları zərərsizləşdirilməlidir.

Türkiyə dövlət başçısı ABŞ-la Fəratın şərqində terrordan təmizlənmiş təhlükəsiz bölgə yaratmaqla bağlı prosesin davam etdiyini vurğulayıb: "Hazırda proses fəaliyyətdədir, amma biz hazırlığımızı kənara qoymamışıq. İndiki halda sərhəd boyu tam hazır vəziyyətdəyik. Bütün personal, zirehli texnikamız hər an hər şeyi edə biləcək hazırlıqdadır".

Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton xəttində təhlükəsiz bölgə ilə bağlı razlaşma əldə olunarkən İdlibdə türk müşahidə postlarının atəşə tutulmasından meydana gələn rahatsızlığa da toxunub. Türkiyə prezidenti məsələni Vladimir Putinlə müzakirə etdiyini bildirib:

"Cənab Putin bu istiqamətdə birgə müqavimətin zəruriliyindən bəhs etdi. Biz də ona XİN, Müdafiə Nazirliyi və Kəşfiyyat qurumumuzun birgə çalışa biləcəyini çatdırdıq. Amma burada biri-birimizi qətiyyən rahatsız etməli deyilik. Bərabər çalışmanının davam etdirilməsi şərtdir".


Müəllif: Mahir

Oxşar xəbərlər