İspaniyanın "Vueling" aviaşirkəti avqustun 30 və 31-də "İberia" aviaşirkətinin yerüstü işçilərinin Barselonada tətil etməsi səbəbindən ən azı 92 uçuşu təxirə salıb.
Teleqraf.com-un məlumatına görə, "Vueling" cümə günü 54, şənbə günü isə 38 reysi ləğv etmək qərarına gəlib. Şirkət tətilin təxminən 14 min sərnişinə təsir edəcəyini təxmin edir.
"İberia"nın yerüstü işçilərinin sayı təxminən 2,5 min nəfərdir.
Qeyd edək ki, "İberia" işçilərinin bundan əvvəlki tətili 24 və 25 avqustda baş verib. Nəticədə 100-dən çox reys ləğv edilib. Şirkət işçiləri daha yaxşı iş şəraiti tələb edirlər.
Barselona Beynəlxalq Hava Limanı, Madrid Hava Limanından sonra İspaniyanın ikinci böyük hava limanıdır. Bu liman 2018-ci ildə öz tarixində rekord sayda sərnişin qəbul edib.