ABŞ Prezidenti Donald Trampın prezident seçildikdən bu yana şəxsi katibi olan Madlen Vesterhayt istefa verib.
Teleqraf.com xəbər verir ki, ABŞ mediası prezidentin kabinetinin qarşısındakı otaqda əyləşən Vesterhaytın istefasına səbəb prezidentin ailəsi və onun kabinetindəki fəaliyyəti ilə bağlı məlumatları jurnalistlərə sızdırması olub.
Nə Ağ Ev, nə də xanım Madlen Vesterhayt mövzu barədə açıqlama verməyib.