30 Avqust 2019 15:51
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun xüsusi qüvvələri İdlibin cənubuna daxil olmağa cəhd edib.

Teleqraf.com xəbər verir ki, buna qədər Bəşər Əsəd ordusuna dəstək çərçivəsində sızma əməliyyatlarına qatılan özəl qüvvələr bu dəfə əməliyyatı özləri həyata keçirib.

Azad Suriya Ordusu çatısı altında birləşən Milli Qurtuluş Cəbhəsinə aid Nasir Ordusu sözçüsü Məhəmməd Rəşid deyib ki, həqiqətən də Rusiya xüsusi təyinatlıları İdlibin cənub istiqamətinə daxil olmağa çalışıb. Onun sözlərinə görə, rus qüvvələri Əsədin nəzarətə götürdüyü Xan Şeyhunun qərbindəki Kassabiyyə bölgəsinə sızıb.

Rusiya xüsusi təyinatlıları ilk mərhələdə PUA-lar, ardınca işıq saçan bombalarla hücum edib. Növbəti mərhələdə isə snayperlər irəli çıxarılıb.

Məhəmməd Rəşid əlavə edib ki, bu cür əməliyyatları yalnız Rusiya hərbçiləri həyata keçirir.

Qeyd olunur ki, daha sonra Rusiya xüsusi təyinatlıları geri çəkiliblər.


Müəllif: Cavad

Oxşar xəbərlər