“Suriyada siyasi həll yolu tapılarsa, hərbi birliklər oradan çıxa bilər. Hazırda Dəməşq rejimi siyasi həllə inanmır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Norveçdə səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyəli nazir əlavə edib ki, Rusiya Türkiyəyə İdlibdəki müşahidə nöqtələrinə Suriya rejimi tərəfindən hücum edilməyəcəyi qarantiyası verib.
Çavuşoğlu Avropaya yeni qaçqın dalğası ola biləcəyi xəbərdarlığı da edib:
“İdlibə hücumların davam etməsi Avropaya yeni qaçqın axını başlada bilər. Rusiya Türkiyəyə İdlibdəki hərbi müşahidə postlarına Suriya qüvvələri tərəfindən bir hücum olmayacağına dair qarantiya verib”.