30 Avqust 2019 19:35
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada nəqliyyat xidmətləri işçilərinin tətil dalğası Vueling, Iberia, Ryanair aviaşirkətlərinin və Renfe dəmiryolu şirkətinin reyslərinin ləğvinə səbəb olub.

Teleqraf.com xəbər verir ki, tətil nəticəsində 30 min hava nəqliyyatı və 10 min dəmir yolu sərnişinləri yola çıxa bilməyiblər. İspaniyanın İnkişaf Nazirliyi bildirib ki, tətilin nəticələrini yumşaltmaq üçün ciddi minimum xidmət səviyyəsi müəyyən olunub.

İspaniyanın ən böyük milli aviaşirkəti “Iberia”nın yerüstü personalın nümayəndələri ilə uğursuz danışıqlarından sonra 30 və 31 avqust tarixləri Madridin Baraxas və Barselonanın El-Prat aeroportlarında tətil günü elan edilib. Beləliklə, aviaşirkət 102 reysi ləğv edib.

Nəqliyyat xidmətlərinin işçiləri müəssisələrin ştat vahidlərinin artırılmasını və iş gününün qısaldılmasını tələb edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər