13 Sentyabr 2014 14:04
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama general Con Alleni “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizəyə koordinator təyin edib.

Teleqraf.com amerikanınsesi.org-a istinadən xəbərə verir ki, dəniz donanmasının təqaüddə olan generalı Allen 2007-ci ildə Əl-Qaidəyə qarşı mübarizə zamanı aparıcı rol oynayıb, daha sonra Əfqanıstanda ABŞ-ın yüksək rütbəli komandiri kimi xidmət göstərib.

Pentaqonun sözçüsü, general Con Kirbi bu gün müxbirlərlər söhbəti zamanı deyib ki, İŞİD-ə qarşı müharibə Əl-Qaidə ilə mübarizəyə bənzəyəcək.

Daha əvvəl ABŞ dövlət katibi Con Kerri Suriyada vətəndaş müharibəsindən zərər çəkənənlərə 500 miliyon dollarlıq yardım göstəriləcəyini elan edib.

Samir


Müəllif:

Oxşar xəbərlər