31 Avqust 2019 15:10
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paraqvay milli komandasının sabiq futbolçusu Conatan Fabbro azyaşlı qıza təcavüz etdiyi üçün 14 il azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, məhkəmə prosesi Argentinanın paytaxtı Buenos Ayresdə keçirilib.

Cinayətin baş verdiyi dövrdə 6 yaşında olan qızın anası hökmdən sonra bildirib ki, ədalət yerini tapıb: “Xoşbəxt deyiləm. Sadəcə sakit və kədərliyəm”.

May ayında saxlanılan futbolçu məhkəmədə günahsız olduğunu iddia edib. Onun vəkili apelyasiya şikayəti verəcəklərini bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər