Almaniyanın Saksoniya və Brandenburq əyalətində yerli parlament seçkilərində Almaniya Alternativ Partiyası (AFD) səs faizlərini artırıb.
Teleqraf.com xəbər verir ki, hər iki əyalətdə kansler Merkelin liderliyi altında koalisiya ortaqları Xristian Demokrat Birlik (CDU) və Sosial Demokrat Partiyası (SDP) səs itirib.
Saksoniyada 6 faiz səs itirən CDU buna baxmayaraq 33,1 faizlə seçkilərdən birinci çıxıb. SDP isə beş il əvvəlki seçkilərlə müqayisədə 4,8 faiz səs itirərək cəmi 7,6 faiz səs ala bilib.
Brandenburq əyalətində isə SDP əvvəlki seçkilərlə müqayisədə 5,5 faiz səs itirərək 26,4 faiz səs yığıb. CDU isə 7,5 faiz səs itirib və cəmi 15,5 faiz səs alıb.
Bunun müqabilində nasist kimi təqdim edilən Almaniya Alternativ Partiyası (AFD) səs faizlərini artırıb. AFD Saksoniyada səs partlaması effekti yaradıb. Belə ki, islama və qaçqınlara düşmən münasibət bəsləyən bu partiya 2014-cü ildə əldə etdiyi səsləri üç qat artıraraq 27,8 faiz səsə çatdırıb. Brandenburqda da ən çox səs alan AFD olub. Burada da AFD 23,8 faiz səs alaraq Merkelin partiyasından sonra ikinciliyə yüksəlib.
Siyasi analitiklər AFD-nin səslərini belə yüksəltməsi, ələlxüsus CDU və SDP-nin qalası hesab olunan bu iki əyalətdə önə çıxmasını Hitlerin ayaq səslərinin eşidilməsi kimi qiymətləndirir.
Brandenburq baş naziri Dietmar Voidke bildirib ki, bu həftə hökumət fəaliyyətə başlayacaq: “II Dünya Müharibəsindən bu yana bir irqçi partiya ilk dəfə bu qədər irəli gedib”.