2 Sentyabr 2019 12:19
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Konyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan ad çəkmədən sabiq baş nazir, hazırda AKP-dən ayrılaraq yeni partiya qurmaq üçün fəaliyyətə başlayan Əhməd Davudoğluna mesajlar göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rabitə əlaqələri üzrə müşaviri Fəxrəddin Altun deyib.

O bildirib ki, Prezident Ərdoğanın “Biz adamın haradan olduğuna deyil, harada dayandığına baxırıq” açıqlaması əslində Davudoğluna mesajdır.

Qeyd edək ki, Prezident Ərdoğan Davudoğlunun vətəni Konyadakı Mövlana meydanında çıxış etmişdi. Ərdoğan görüşləri zamanı belə deyib: “Kağız parçası üzərində üzvümüz olub könlünü bizdən ayran varsa, onları çıxarmaqdan çəkinmərik”.

Fəxrəddin Altun daha sonra yazıb: “Konya gözəldir, konyalılar gözəldir. Hamı bir ağızdan “Biz adamın haralı olduğuna deyil, harada durduğuna baxarıq” dedilər. Konyanın prezidentə də, Türkiyəyə də mesajı açıq və konkretdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər