3 Sentyabr 2019 09:14
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braun Universitetinin alimləri tərəfindən hazırlanmış geyim insanı ağcaqanadlardan tamamilə qoruyur. Həşəratlar ətrafda insan olub-olmadığını təyin edə bilmir.

Teleqraf.com xəbər verir ki, alimlər əvvəlcə insanı zəhərli kimyəvi preparatlardan qoruya bilən geyim üzərində işləyiblər. Məlum olub ki, qrafendən hazırlanmış parça həmçinin insanı ağcaqanadlardan da qoruyur.

Həşəratların öz xortumu ilə qrafen geyimin ən nazik qatını deşə bilmədiyi məlum olub. Bundan başqa, parça hər iki istiqamətdə baryer rolunu oynayır. Geyim kimyəvi siqnalları buraxmamaqla ağcaqanadların insanı hiss etmməməsinə və ona yaxınlaşmamasına şərait yaradır.

Lakin materialın çatışmazlığı da var. Sözügedən geyim yalnız quru olduqda ağcaqanadlardan qoruyur. Parça cüzi islanan kimi öz qoruyucu xüsusiyyətlərini itirdiyi məlum olub.

Braun Universitetinin alimlərinin yeni ixtirası sınaqlardan uğurla keçdiyi təqdirdə qlobal səhiyyə sisteminə müsbət təsir göstərə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağcaqanadlar hər il milyonlarla ölümə səbəb olur, çünki müxtəlif xəstəliklərin daşıyıcılarıdırlar.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər