Cənubi Koreyanın Tequ şəhərində qaz sızması nəticəsində 74 məktəbli xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, sızmanın mənşəyi bilinmir.
Qeyd olunur ki, məktəbin yeni rəhbərinin andiçməsi mərasimi zamanı kəskin qoxu yayılmağa başlayıb. Əksər şagirdlər başağrısı və ürək bulanmasından şikayət edib.
Mərasimdə 800-dək şagird olub.