Türkiyədə Kocaeli şəhərinin Dilovası mahalının bələdiyyə sədri Həmzə Şair ərazi üzrə məktəb ləvazimatları ala bilməyən şagirdlərin ehtiyacını ödəmək üçün lüks avtomobilini satıb.
Teleqraf.com xəbər verir ki, bələdiyyə sədri postuna gələndən bəri xeyirxah işləri ilə insanların rəğbətini qazanan Həmzə Şair bu dəfə “Audi A6” markalı xidməti nəqliyyat vasitəsindən imtina edib.
Bələdiyyə sədri avtomobilini sataraq pulu bölgədəki şagirdlərin məktəb ləvazimatları üçün xərcləyib. Həmzə Şairin bu jesti mahaldakı müxalifət partiyaları tərəfindən də təqdirlə qarşılanıb.
Sələfi Əli Toltardan qalan xidməti avtomobili satan Həmzə Şair sədr olmazdan əvvəl də təhsilə dəstək verdiyini xatırladıb: “Hazırda bələdiyyə sədri kimi də ilk növbədə təhsilə diqqət göstərirəm. Yardım mənbəyi tapa bilmədiyimiz üçün belə addım atdım. Ərazidə 12 min şagird təhsil alır, hamısına köməklik göstərəcəyik”.