3 Sentyabr 2019 19:54
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni soyqırımı yalanlarını ifşa edən Tələt Paşanı xaincəsinə qətlə yetirən terrorçu Soğoman Tehliryanın heykəlinin ayağı altında bir dövlət adamının kəsik başının əks etdirilməsi türk millətinə qarşı təhqirdir. Bu, bizə qarşı olan nifrətin daşlaşmış nümunəsi olmaqla yanaşı, eyni zamanda, açıq-aşkar təxribatdır.

Bu sözləri Osmanlı dövlətinin Baş Naziri olmuş Tələt Paşanın qatili - erməni terrorçu Soğoman Tehliryana Yerevanda ucaldılan abidə ilə bağlı AZƏRTAC-a müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek bildirib.

Doğu Perinçek Tələt Paşanın türk millətinin yetişdirdiyi ən böyük fədailərdən biri olduğunu xatırladaraq, sözügedən heykəl əsasında Tələt Paşanın təhqir olunmasını insanlığa qarşı hörmətsizlik adlandırıb. O, bu təhqirə qarşı dünya ictimaiyyəti qarşısında, o cümlədən Avropa İnsan Haqları Məhkəməsində səssiz qalmayacaqlarını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər