14 Sentyabr 2014 09:29
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diyarbəkirin Silvan rayonunda PKK-nın gənclər qrupu 5 məktəbə “molotov” və səs bombalı hücum təşkil edib.

Teleqraf.com gazetevatan.com-a istinadən xəbər verir ki, hücum edənlər PKK-nın gənclər qrupu kimi tanınan Vətənpərvər Demokratik Gənclər Hərəkatı üzvüləridir.

Atatürk ibtidai məktəbinə, 14 Aprel uşaq bağçasına, Silvan internat məktəbinə, İmam Xətib liseyininə və Mehmet Əli Kepolu ibtidai məktəbinə edilən hücumlar nəticəsində ölən olmasa da, təhsil müəssisələrinə ciddi ziyan dəyib.

Verilən açıqlamalara görə, bu hücumlarda əsas məqsəd bir neçə gün əvvəl Diyarbəkirin Bit rayonu Yalaza kəndindəki Kürd dilli məktəbə edilən hücuma cavab vermək olub.

Hadisə ilə bağlı Türkiyə polisi araşdırmalara başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər