Səhnə həyatında 50 film, 3 televiziya serialı olan Ajda Pekkan yeni filmə çəkiləcək.
Teleqraf.com xəbər verir ki, karyerasına kino ilə başlayan pop ifaçı illər sonra seriallara qayıtmağa hazırlaşır.
Məşhur sənətçi DMC musiqi şirkətinin ilk dəfə istehsal etdiyi “Nağıl qalası: sehrli dəvət”) filminə baxdıqdan sonra DMC-nin meneceri Samsun Dəmir ikinci filmi üçün Ajda Pekkanla işləmək istədiklərini söyləyib.
Bu təklifi dəyərləndirən müğənni surprizlərin davam edəcəyini söyləyib.