Bu kiçik ada dünyada qorxunc məkanlarla maraqlananlar üçün favorit bölgələrdən biri sayılır. Meksikanın Xocimilço çöllüyündə yerləşən “Oyuncaq uşaq” adası öz qəribəliyi və qorxunc mənzərəsi ilə insanın qanını donduracaq özəlliyə sahibdir.
Teleqraf.com xəbər verir ki, ətrafı su kanalları ilə əhatələnmiş məkanın populyaryarlıq qazanmasının səbəbi buranın oyuncaqlarla dolu olmasıdır.
Hər şey illər öncə adada bir qız uşağının su kanallarından birində boğularaq ölməsi ilə başlayıb. Don Xuliya adlı kişi bu olaydan sonra su kanalında qız uşağına aid olduğu bir oyuncaq tapır. Oyuncağı ölən kiçik qızın ruhuna hörmət üçün və adanı pis ruhlardan uzaq saxlamaq məqsədilə bir ağaca asır.
Zamanla bu olayı ənənəyə çevirməyə başlayan Santana adada nə qədər ağac varsa, hamısından uşaq oyuncaqları asmağa başlayır.
Oyuncaqların əksəriyyətinin ya başı, ya ayaqları, ya da qolları yoxdur. Ən maraqlısı budur ki, Santana da 2001-ci ildə həmin kiçik qız uşağı kimi su kanallarından birində boğularaq ölür.
O gündən bəri Santananın ailəsi də adada turistlər üçün məkanlar açaraq pul qazanmağa başlayır. Bu gün də bu ada dünyada turistlərin ən çox üz tutduqları məkanlardan biri sayılır.
Fotolar:
Mənsur Rəğbətoğlu