Göyərtəsində 200 rusiyalı dənizçi olan "Mistral" tipli "Vladivostok" adlı aviadaşıyıcısı sınaqdan keçirilmək üçün şənbə günü Fransanın Sen-Nazer limanını tərk edib.
Teleqraf.com-un ria.ru-a istinadən verdiyi xəbərə görə, aviadaşıyıcı yerli vaxtla saat 07:20-də iki yedəyin müşayiəti ilə dənizə buraxılıb.
Fransa və Rusiya arasında bununla bağlı müqavilə 2011-ci ildə bağlanıb. Müqavilənin dəyəri 1,2 milyard avrodur.
Xatırladaq ki, ötən həftə Fransa Rusiyanı "Mistral" tipli aviadaşıyıcının satışını növbəti dəfə hədələyib. Buna səbəb isə Ukrayna böhranının həllini tapmaması və Rusiyanın separatçılara göstərdiyi dəstək olub. Daha sonra Fransa hökuməti gəminin satışının hüquqi baxımdan dayandırılmadığnı bildirib. Fransa prezidenti Fransua Olland Ukraynadakı vəziyyətin yaxşılaşmayacağı təqdirdə noyabr ayında gəminin Rusiyaya verilməsinə qarşı çıxacağını bildirib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.