İsrailin Baş naziri Benyamin Netanyahu ötən ay istefa verən Rifah və sosial xidmətlər naziri Haim Katzın boş qalan postunu özü tutacaq.
Teleqraf.com xəbər verir ki, Netanyahu özünü nazir təyin edərək kabinetdəki dördüncü yeri nəzarətə götürüb.
Bundan öncə Benyamin Netanyahu baş nazir statusundan başqa müdafiə, səhiyyə və diaspor olmaqla üç mühüm strukturda vəzifə tuturdu.
Qeyd edək ki, İsraildə hər hansı bir nazirin və ya baş nazirin bir neçə nazir postunda əyləşməsi üçün heç bir hüquqi maneə yoxdur.