4 Sentyabr 2019 18:11
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sorosçu Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırır. Onun başçılıq etdiyi komanda və onun özü Rusiyanı müttəfiq kimi qəbul etmir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Respublikaçı partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

Keçmiş hakim partiyanın rəsmisi Baş nazir Nikol Paşinyanı Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda ittiham edib:

“Sorosçu bir adamın dəli kimi müttəfiqlik münasibətlərinə zərər verməsinə təəccüblənmədim. Üstəgəl, baş nazirin səlahiyyətlərini yerinə yetirən bir şəxsin bu münasibətlərin pozulmasını səssiz izləməsi də təəccüblü deyil. Təkcə o yox, bütün komandası səssizdir.

Ermənistanın təhlükəsizliyinin qarantiyası olan Rusiya ilə münasibətlər tamamilə korlanıb, onlar isə buna səs çıxarmırlar”.

Şarmazanov hazırkı situasiyada ikitərəfli münasibətlərin qırılmağa doğru getdiyini və buna görə Paşinyanın məsuliyyət daşıdığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər