4 Sentyabr 2019 20:30
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev şəhər Dövlət Administrasiyasının sədri Vitali Kliçkonun vəzifəsindən uzaqlaşdırılmasına dair Nazirlər Kabinetinin qərarı Prezident Ofisinə təqdim olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə keçirilən brifinqdə Baş Nazir Aleksey Qonçaruk məlumat verib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin bu gün keçirilən iclasında V.Kliçkonun vəzifəsindən azad edilməsi qərarı dəstəklənib.

Qeyd edək ki, Prezident Ofisinin rəhbəri Andrey Boqdan bir müddət öncə V.Kliçkonun vəzifəsinin öhdəsindən gəlmədiyini, Kiyev üzərində nəzarəti itirdiyini bəyan etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər