4 Sentyabr 2019 22:28
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atlantik okeanı üzərində formalaşmış “Fernand” tropik qasırğası Meksika sahillərinə yaxınlaşır.

Teleqraf.com-un məlumatına görə, hazırda qasırğa Tamaulipas ştatından 150 kilometr məsafədədir.

Küləyin sürətinin saniyədə 23 metrdən çox olduğu deyilir. Qasırğa leysan yağışlarla da müşayiət olunacaq.

Meksikanın şimal-şərq sahillərində qasırğa xəbərdarlığı edilir. “Fernand”ın ABŞ-ın Texas ştatına da toxunacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər