ABŞ Prezidenti Donald Tramp 8 iyul-18 avqust tarixləri arasındakı 6 həftə ərzində gündə orta hesabla 7 yalan danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalının məlumatında bildirilib.
Məlumata görə, Tramp bu tarix ərzində rəqib partiya Demokratlar haqda 23, ticarət məsələləri haqda 18, Çin haqda 16 dəfə yalan danışıb.
ABŞ prezidentinin danışdığı yalanların 13 faizi miqrantlarla bağlı olub.