5 Sentyabr 2019 23:14
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda atışma olub.

Teleqraf.com xəbər verir ki, hadisə Armavir vilayətində qeydə alınıb.

Sürücülər - 30 yaşlı Ara Qriqoryan və 26 yaşlı Koryun X. arasında yaranmış mübahisə silahlı insidentlə nəticələnib. Mübahisə zamanı Ara Qriqoryan tapança ilə Koryun X-a atəş açıb. Lakin sonuncu güllədən yayına bilib. Bundan sonra A.Qriqoryan şəxsi avtomobili ilə ərazidən uzaqlaşıb.

Araşdırmalar zamanı A.Qriqoryanın Ermənistan parlamentinin keçmiş deputatı, general Manevl Qriqoryanın oğlu olduğu müəyyənləşdirilib. O, dilindən iltizam alınmaqla sərbəst buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər