Məşhur amerikalı müğənni Niki Minaj karyerasına son qoyaraq təqaüdə çıxdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Minaj ailəsi ilə daha çox vaxt keçirmək üçün bu qərara gəlib.
Tvitter hesabından 20 milyondan çox izləyicisinə açıqlama verən məşhur müğənni qeyd edib: “Təqaüdə çıxmaq və ailəmə daha çox vaxt ayırmaq fikrindəyəm. Pərəstişkarlarıma səslənirəm, öldüyüm günədək məni dinləyin”.
36 yaşlı Minaj bundan əvvəl sevgilisi Kennet Petti ilə evlənəcəyini açıqlamışdı.
İlk albomu “Pink Friday”ı 2010-cu ildə yayımlayan Minajın bu albomu ən çox satılanlar sırasına düşmüş və 2 platin disk əldə etmişdi.
Müğənni “Ice Age” də daxil olmaqla bir çox filmdə rol alıb.