6 Sentyabr 2019 14:41
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aleksandr Lukaşenko və Vladimir Putin dekabrın 8-də iki ölkə arasında imzalanmış İttifaq Müqaviləsinin 20-ci ildönümündə inteqrasiyaya dair saziş imzalayacaq. Belarus və Rusiya liderləri bir sıra digər sazişlər də imzalayacaq ki, bununla iki ölkə arasında bəzi problemlər həll edilmiş olacaq. Bundan sonra Belarus və Rusiyanı müxtəlif sahələrdə birləşdirəcək qanunvericilik aktları üzərində işlər başlayacaq. İnteqrasiya proqramı artıq mövcuddur, hər birimizə təsir göstərir, amma məzmunu hələ də bizə açıqlanmır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Belsat”da dərc olunan yazıda bildirilib.

Sazişin imzalanacağına dair məlumatı Belarus hökumətindən təsdiqləyiblər. Liderlər həmçinin əlaqələrin inkişafına dair yol xəritələri qəbul edəcəklər.

“Yol xəritələrindən sonra 2020-ci il ərzində normativ aktlar üzərində işlərə başlanılacaq. Gömrük sahəsini götürsək, demək olar ki, artıq hər şey Avrasiya İqtisadi İttifaqı çərçivəsində unifikasiya olunub. Başqa sahələr də var. İnsanlar hələ də dəyişikliklərin miqyasını lazımınca başa düşmürlər”, – deyə Belarusun iqtisadiyyat naziri Dmitri Krutoy bildirib.

İqtisadiyyat Nazirliyi nazirin sözlərinin mahiyyətini açıqlamaqdan imtina edib. Vətəndaşların danışıqların məzmununu nə vaxt öyrənəcəyinə dair suala cavab olaraq Nazirlər Kabinetindən soruşmaq tövsiyə edilib.

Baş nazirin mətbuat katibi Aleksandra İsayevanın telefonu cavab verməyib və ya iş günü ərzində məşğul olub.

Avropa Transformasiya Mərkəzindən politoloq Andrey Yeqorov xatırladıb ki, Belarus rəhbərliyinin özü bu mövzunu istismar etməklə ölkəni Rusiyadan asılılığa doğru aparıb:

“Qardaş ölkələr olsalar da, asılılıq çox böyükdür. Bu problemlər Rusiyanın Belarusdan daha çox suverenlik tələb etməsi ilə əlaqədardır”.

Ekspertin fikrincə, Rusiyadan asılılıqdan xilas olmaq üçün həqiqətən qətiyyətli addımlar atılmalıdır.

Qeyd edilib ki, inteqrasiya ilə bağlı danışıqlar 8 aydan çoxdur davam edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər