7 Sentyabr 2019 10:47
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, o, səfər çərçivəsində Xankəndində Qarabağdakı separatçıların başçısı Bako Saakyanla görüşüb.

Görüşdə bölgədəki son vəziyyət müzakirə olunub.

Əlavə edək ki, Ermənistan mediasında Baş nazir Nikol Paşinyanın Qarabağa gəlməkdən imtina etməsi barədə məlumat yayılıb. Məlumatda Paşinyanın öz yerinə Armen Qriqoryanı işğal bölgəsinə göndərdiyi iddia olunsa da, baş nazirin hansı məqsədlə bu səfərdən imtina etdiyinə aydınlıq gətirilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər