7 Sentyabr 2019 11:09
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tatarıstan Respublikasının Naberejnıe Çelnı şəhərindəki uşaq poliklinikalarından birində pediatrın növbəsində dava baş verib.

Teleqraf.com xəbər verir ki, olayın videoyazısı sosial şəbəkədə yayılıb.

Videoda qadınlardan birinin yaşlı qadını həkimin kabinetindən dəhlizə qovduğu görünür. Həmin yaşlı qadının bu ərazidə yaşamadığı halda nəvəsini sözügedən həkimə gətirdiyi söylənilir.

Şahidlər kişilərdən münaqişəyə müdaxilə etmələrini istəyiblər, ancaq onlar vəziyyətə qarışmamaq qərarına gəliblər. Üstəlik, hər şey bir neçə uşağın gözü qarşısında baş verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər