Hindistanın Aya yolladığı “Chandrayaan-2” kosmos raketi Ayın səthinə enməyə 2 km qalmış rabitə əlaqəsinin kəsilməsi nəticəsində plan baş tutmayıb.
Teleqraf.com xəbər verir ki, Ayın cənub qütbündə su axtaran ilk kosmos vasitəsi olmaq üçün hazırlanan “Chandrayaan-2” enişi reallaşdıra bilsəydi, Hindistan Aya çatan 4-cü ölkə olacaqdı.
“Chandrayaan-2” təxminən ay yarımlıq uçuşdan sonra Ayın səthinə enəcəyi gözlənilirdi. Lakin Ayın səthinə enməyə 2 km qalmış robot aparatla rabitə əlaqəsi kəsilib.
İçində “Pragyan” robot cihazı yerləşən “Chandrayaan-2” Ayın cənub qütbümdə su axtaran ilk kosmik vasitə olacaqdı. Amma Hindistan bu uğursuz enişdən sonra SSRİ, ABŞ və Çindən sonra Aya çatan dördüncü ölkə olmaq şansını itirib.
Hindistan Kosmos Araşdırmaları Mərkəzi olayın səbəblərinin araşdırıldığını açıqlayıb.