İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə sazişinə bağlılığını azaltmaq qərarının üçüncü mərhələsində uranı 20 faizdən çox zənginləşdirə biləcək qabaqcıl sentrifuqalardan istifadə edəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın atom təşkilatının sözçüsü Bəruz Kamalvəndi açıqlamaya yayıb.
Təşkilat rəsmisi ölkəsinin nüvə anlaşmasındakı öhdəliklərini azaltma prosesinin üçüncü mərhələsinin başladığını bildirib.
Kamalvəndi üçüncü mərhələdə tədqiqat və proqramın genişləndirilməməsi öhdəliklərini dayandırdıqlarını və uranın zənginləşdirilməsi üçün qabaqcıl IR4 və IR6 sentrifuqalarına qaz vurmağa başladıqlarını söyləyib:
“Tədqiqat və proqramın genişləndirilməsi üçün ehtiyaclarımıza uyğun yeni sentrifuqalar hazırlayacağıq”.
İranın uranı 20 faiz və daha çox zənginləşdirmək gücünə sahib olduğunu vurğulayan Kamalvəndi deyib: “Uranın zənginləşdirilməsi məsələsində bir öhdəliyimiz yoxdur, ancaq hazırda uranı 20 faiz zənginləşdirməyə ehtiyacımız yoxdur”.
İran Prezidenti Həsən Ruhani bir gün əvvəl nüvə müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri kənara qoyduqlarını və ölkənin bu sahədə ehtiyac duyduğu addımları atacaqlarını açıqlayıb.
Rəsmi Tehranın bu açıqlaması ABŞ-ın sərt etirazlarına səbəb olub.