Güney Azərbaycanın Mərənd şəhərindən olan idmançı Aqil Qardaşzadə dünya rekorduna imza atıb.
Teleqraf.com xəbər verir ki, Təbrizin “Traktor” idman klubunun üzvü olan idmançı 90 dərəcə bucaq altında bir əli üstə və bir ayağının üzərinə 40 pund ağırlığında idman daşı qoyaraq jim hərəkətləri edib.
Qardaşzadə bununla da eyni idman növündə 49 hərəkətlə 2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərində “Ginnesin Rekordlar Kitabı”na düşən iraqlı idmançını üstələyib.
Azərbaycanlı idmançı 55 hərəkətlə “Traktor” komandasının və özünün adını “Ginnes”ə daxil edib.