8 Sentyabr 2019 13:12
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya aviaşirkətləri "Faksay" tayfunu səbəbindən 103 daxili aviareysi təxirə salıblar.

Teleqraf.com-un məlumatına görə, "JR" dəmiryolu şirkətidə öz növbəsində Tokio və Osaka şəhərləri arasında hərəkət edən sürətli ekspreslərin sayını azaldıb.

Bildirilir ki, hazırda iki şəhər arasında hərəkət edən 50 qatar reysi təxirə salınıb.

Yaponiyanın Milli Meteorologiya Bürosunun proqnozlarına əsasən, tropik qasırğa axşam saatlarında mərkəzi Sidzuoka prefekturasına yaxınlaşacaq və paytaxt tərəfə hərəkət edəcək.

Qeyd edək ki, "Faksay" bu il Sakit okeanda formalaşan 15-ci tayfundur. Onun episentrində küləyin sürəti saniyədə 40 metrə çatır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər