Honq Konqda etiraz aksiyasını iştirakçıları və polislər arasında toqquşmalar baş verib.
Teleqraf.com-un məlumatına görə, toqquşmalar nəticəsində azı 19 nəfər xəsarət alıb. Onlardan 2-sinin vəziyyəti ağırdır.
Bildirilir ki, əsas toqquşmalar Monqkok rayonunda baş verib. Radikal xarakterli etirazçılar polis idarəsinin yaxınlığında avtomobil yollarını bağlamağa çalışıblar.
Bundan əlavə qeyd edilir ki, etirazçıların bir hissəsi ABŞ-ın Baş konsulluğunun binası tərəfə hərəkət etmək niyyətindədir.