8 Sentyabr 2019 17:23
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənubunda Hörmüzqan vilayətinin Qeşm adasının Laft liman şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un məlumatına görə, bunu vilayətin fövqəladə hallar idarəsinin baş direktoru Əlirza Səfa İsini deyib.

S.İsininin sözlərinə görə, zəlzələ nəticəsində indiyədək tələfatın olması haqda məlumat daxil olmayıb.

O əlavə edib ki, zəlzələ nəticəsində Laft limanının elektriki və telefonu kəsilib.

Zəlzələ Laft limanının 11 kilometrliyində qeydə alınıb.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər