8 Sentyabr 2019 20:00
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkə parlamentinin binası qarşısında etiraz aksiyası davam edir.

Teleqraf.com xəbər verir ki, aksiya təşkilatçısı olan “Ayıbdır” hərəkatının üzvləri və "Vətənpərvərlər Alyansı Partiyası"nın tərəfdarları arasında qarşıdurma baş verib.

Polis insidentə müdaxilə etməli olub və üç nəfəri saxlayıb. Həmin şəxslər polisə tabe olmaqdan imtina ediblər.

Qeyd edək ki, “Ayıbdır” hərəkatının üzvləri və tərəfdarları səhər saatlarında parlament ətrafında aksiya keçirirlər. Onlar Gürcüstan hökumətinin yeni tərkibinə etiraz edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər