İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Xaş rayonunda 2,61 ton narkotik maddə aşkarlanıb.
Teleqraf.com-un məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Qənbəri deyib.
M.Qənbərinin sözlərinə görə, Xaş və Zahidan rayonlarının polis əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində 2 ədəd “Toyota” markalı pikap avtomobili saxlanılıb.
O əlavə edib ki, avtomobillərdən 2,59 ton tiryək, 18 kq həşiş və digər narkotik vasitələr aşkarlanıb.
Polis rəisi əməliyyatda 4 narkotik qaçaqmalçısının saxlanıldığını deyib.