Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşmək niyyətindəyəm və hər zaman Türkiyə ilə müzakirələrin tərəfdarı olmuşam.
Teleqraf.com xəbər verir ki, bunu Yanınstanın yeni baş naziri Kiriakos Miçotakis deyib.
Selanikdə təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı baş nazir bildirib ki, qaçqınlar məsələsində Türkiyə-Avropa Birliyi anlaşmasının iqtisadi tərəflərinə dair yeni müzakirələr keçirilməlidir:
“Niyyətim Ərdoğanla görüşməkdir. Niyyətim daim Türkiyə ilə təmaslarda olmaqdır. Yalnız bu formada gərginlik azala bilər və qarşılıqlı həll yolları tapa bilərik. Beynəlxalq hüquq Yunanıstanın yanındadır. Ərdoğanın da münasibətlərimizdə ciddi və yeni bir başlanğıc niyyəti olduğuna ümid edirəm”.